Rusiya aviasiyası Suriyada 209 neft hasilatı obyektini və 2912 neft məhsullarının daşınması vasitəsini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Bu barədə o Rusiya prezidenti Vladinir Putin və XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı bildirib.
Nazir həmçinin terrorçuluqla mübarizədə ciddi dəyişiklik baş verdiyini və atəşkəs rejiminə əməl olunmasına ciddi nəzarət həyata keçirildiyini qeyd edib.