Rusiya Orta Asiyanı “Türk axını”na dəvət etdi
16 oktyabr 2015 03:50 (UTC +04:00)

Rusiya Orta Asiyanı “Türk axını”na dəvət etdi

 Rusiya Orta Asiya ölkələrinin  Cənubi Avropaya qaz tədarükünü nəzərdə tutan “Türk axını” Rusiya-Türkiyə layihəsində iştirakını alqışlayardı. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in MDB ölkələri departamentinin direktoru Aleksandr Sternik bildirib.  

 

“Orta Asiyanın maraqlı ölkələrinin bizim Ankara ilə birgə Cənubi Avropaya qaz tədarükü layihəsində iştirak etmələri üçün dəvət olunması enerji sahəsində əməkdaşlığın inkişafı üçün  addım  olardı”, deyə o bildirib.

 

Qeyd edək ki, “Türk axını” layihəsi  Rusiya 63 mlrd kubmetr qazının Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Cənubi Avropaya nəqlini nəzərdə tutur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar