Rəfsəncaninin qızı həbsdən buraxılıb
20 mart 2013 04:11 (UTC +04:00)

Rəfsəncaninin qızı həbsdən buraxılıb

 

İran İslam Respublikası Məsləhət Çurasının sədri Haşimi Rəfsəncaninin həbsdə saxlanan qızı Faizə Rəfsəncani martın 19-da azadlığa çıxıb.

Lent.az-ın məlumatına görə, Tehran əyalət zindanlarının rəisi Söhrab Süleymani jurnalistlərə deyib ki, Faizə Rəfsəncani Tehran məhkəməsinin çıxardığı 6 aylıq həbs müddəti başa çatdığı üçün azad edilib.

Faizə Haşimi 2012-ci il sentyabrın 22-də mənzilində tutulub və Tehranın Evin zindanına aparılıb. Tehran məhkəməsi onu xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə müsahibə verməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə təqsirli bilərək 6 ay müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989
avatar

Oxşar yazılar