Çeçenistan Administrasiyası İsraildə böyük məscid tikintisini maliyyələşdirir.
Lent.az-ın “Maariv” qəzetinə istinadən verdiyi məlumata görə, məscid Qüdsdən 10 kim kənardakı Əbu-Qoş kəndində tikiləcək.
Əbu-Qoş kəndində etnik çeçenlər yaşayır. 2011-ci ildə bu kənddə küçələrdən birinə 2004-cü ildə öldürülmüş Çeçenistan prezidenti Əhməd Kadırovun adı verilib. Məscidin tikintisi ilə bağlı layihələndirmə işləri başa çatıb və əraziyə tikinti materiallarının gətirilməsinə başlanılıb.
Məscidin Əhməd Hacı Kadırovun adını daşıyacağı bildirilir. Bu, Əl-Aksa məscidindən sonra əhəmiyyətinə görə ikinci məscid olmalıdır. Çeçenistan rəhbəri Ramazan Kadırov hesab edir ki, bu layihə İsraillə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. O, məscidin açılışına da gələcəyinə söz verib.