Raffi Serjə sabahadək möhlət verib
19 fevral 2013 21:15 (UTC +04:00)

Raffi Serjə sabahadək möhlət verib

Ermənistan «İrs» Partiyasının lideri, prezidentliyə keçmiş namizəd, Raffai Ovannisyan İrəvanda «Azadlıq» meydanında açıq havada mətbuat konfransı keçirib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, seçkinin nəticələrinə əsasən qalib elan edilmiş, hazırkı prezident Serj Sarqsyana fevralın 20-i saat 17.00 - dək vaxt verib. Bu müddətədək S.Sarqsyan öz məğlubiyyətini etiraf, «xalqın zəfərini» qəbul etməlidir.

 

«Mən vəzifə dalınca qaçımıram. Ancaq mən seçilmiş prezidentəm. Dünən erməni xalqı öz qələbəsini bayram edib. Onun artıq seçilmiş prezidenti var»- deyə, Raffi Ovannisyan bildirib.

 

Müxalifət lideri Sarqsyana hakimiyyətin təhvil verilməsi ilə bağlı görüşməyi də təklif edib.

 

Ovannisyanının sözlərinə görə, o, konstitutsion hüquqlarından istifadə edərək, öz qələbəsi uğrunda mübarizə aparacaq. O, gələcək planları barədə fevralın 20-də keçiriləcək mitinqdə məlumat verəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar