Dağıstanın Qarabudaqkənd rayonunda «Qubden təxribatçı-terrorçu qrup» üzvlərin olduğu ehtimal edilən 17 yaşlı yeniyetmə öldürülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda respublika əməliyyat qərargahından bildirilib.
1995-ci ildə anadan olan Məhəmməhhəbib Ayqumov Qubden kəndi yaxınlığında hakimiyyət qüvvələri ilə yaraqlılar arasındakı silahlı qarşıdurma zamanı öldürülüb.
Milli Anti-terror komitəsi adı çəkilən kənd yaxınlığında silahlı döyüşçülər aşkarlanıb. Onlara qarşı əməliyyat nəticəsində şərti olaraq «Qubden qrupu» adlandırılan yaraqlıların başçısı Məhəmməd Abusəidov da öldürülüb