Dekabrın 6-da Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın dövlət başçısı Viktor Yanukoviç Soçidə görüşüb.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
«Ukrayna prezidenti Çin səfərindən ölkəsinə qayıdarkən Soçidə dayanmalı olub. Qısa işgüzar görüş zamanı Rusiya-Ukrayna arasında əlaqələrə dair ikitərəfli cari məsələlər müzakirə edilib. Görüşdə bu yaxınlarda Moskvada keçiriləcək dövlətlərarası komissiyanın iclasına hazırlıq vəziyyətindən də danışılıb. Dövlət aşçıları strateji tərəfdaşlığa dair iqtisadi-ticarət əlaqələrinin çeşidli sahələrini müzakirə edib»-deyə, Peskov söyləyib.