Bu gün Ermənistan prezidenti Serj Sarkisyan həmkarı Putinlə görüşəcək. Lent. az-ın BBC-yə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərdən başqa, MDB məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri də müzakirə olunacaq.
Görüşün əsas mövzusu Ermənistanın Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqına və Gömrük Birliyinə daxil olması məsələləridir.
Rəsmi Moskva MDB-yə üzv olan ölkələrdən, o cümlədən, Ermənistandan bu quruma daxil olmaq haqqında konkret cavab gözlədiyini gizlətmir.