Avqustun 28-də İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə İranın hökumət başçısı Həsən Ruhani arasında telefon danışığı olub.
Lent.az-ın «regnum»-a istinadən məlumatına görə, tərəflər əsas diqqəti Suriyaya və onun ətrafındakı vəziyyətə yönəldib.
«Hər iki tərəf prinsipial olaraq, bildirib ki, istənilən dövlətdə kimyəvi silahdan istifadə yolverilməzdir. Suriyadakı münaqişənin həllinə xarici müdaxilədən danışan tərəflər problemin siyasi-diplomatik yolla həllinin vacibliyini vurğulayıblar» - deyə, bu haqda yayılmış bildirişdə qeyd olunub.
Rusiya lideri ilə İran prezidenti ikitərəfli əməkdaşlıq və qarşıdakı təmas qrafiki ilə bağlı bir sıra məsələləri də müzakirə edib.