«Suriya hakimiyyətini kimyəvi silah işlətməkdə ittiham etmək absurddur».Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bunu avqustun 31-də Rusiya prezidenti Vladimir Putin Vladivostokda jurnalistlərə açıqlamasında deyib:« Suriya hakimiyyətinin kimyəvi silah işlətdiyinə dair ABŞ-ın sübutları varsa, onları BMT-nin Təhlükəsizlik Şurasına təqdim etsin. Bunu edə bilmirlərsə, deməli, sübutları yoxdur».
Putin əlavə edib ki, Suriyaya hərbi müdaxilə çoxlu qurbanların olmasına gətirib çıxara bilər:
«Nobel Sülh Mükafatı laureatı Barak Obama həmin qurbanları düşünməlidir».
BMT-nin Suriyadakı müfəttişləri kimyəvi silahdan istifadə iddiaları ilə bağlı araşdırmalarını sona çatdırıb.Artıq onlar avqustun 31-də Haaqaya gedib.
ABŞ Dövlət katibi Con Kerri bildirib ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan istifadə olunması nəticəsində 1429 adam ölüb. Onlardan 426 nəfəri uşaqdır. Kerri deyib ki, ABŞ kəşfiyyatı Bəşar Əsəd ordusunun kimyəvi silahdan istifadə etdiyinə əmindir.
Suriya hakimiyyəti bunu «böhtan» adlandırıb.