Rusiya rrezidenti Vladimir Putin «Kirovles»-lə bağlı cinayət işində adı hallanan Aleksey Navalnının 5 il azadlıqdan məhrum edilməsinə təəccüblə yanaşıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib : «Məhkəmə hökmünə gəlincə, mən bu məsələni gündəlik izləmirəm. Ancaq mənə qəribə gəldi. İstintaqla əməkdaşlığa başlayana 4, 5 il şərti iş (Vyçeslav Oralev-red.) verilir, o birinə (Aleksey Navalnı-red.) isə 5 il həbs kəsilir».
Xatırladaq ki, A.Navalnının cinayət işi sonradan ləğv edilib. O, Moskva şəhər valiliyi uğrunda mübarizə aparır.