Putin: “Poroşenko razılığa gəlmək istəyir”
18 dekabr 2014 14:24 (UTC +04:00)

Putin: “Poroşenko razılığa gəlmək istəyir”

0

 

“Ukrayna prezidenti razılığa gəlmək istəyir”.

 

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi brifinqdə deyib.

 

“Biz Poroşenko ilə Minsk görüşünün təşəbbüskarları olmuşuq. Fikrimcə, Poroşenko problemin nizamlanmasının tərəfdarıdır. Lakin o orada tək deyil! Biz “Sonadək döyüşmək lazımdır” tipli bəyanatlar eşidirik”, - deyən V. Putin konkret addımların atılmasının vacibliyini vurğulayıb.

 

Jurnalistin “Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdirmi?” sualına isə V. Putin belə cavab verib: “Bu, özümüzü millət və dövlət kimi qorumaq istəyimizə görə ödədiyimiz qiymətdir. Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar