Rusiyaya qarşı sanksiyaları sərtləşdirilməlidir.
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda çıxış edərkən bəyan edib.
Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü bərpa edilməyincə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.
“Silahlı münaqişə nəticəsində Donetsk və Luqansk vilayətlərində 2014-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrinin 2 700 hərbi qulluqçusu daxil olmaqla, 10 min insan həlak olub. İki milyonadək insan ölkənin digər bölgələrinə üz tutmağa məcbur olub. Ukrayna ərazisinin 7% işğal altındadır, ölkə iqtisadiyyatının 20%-i dağılıb”, deyə P.Poroşenko bildirib.
O həmçinin Qərbi Ukraynaya hərbi yardım göstərməyə çağırıb.