Ukrayna prezidenti Petro Poroşenko və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə P.Poroşenko özünün “Tvitter” səhifəsində yazıb.
«Prezident Ərdoğanla Ukrayna ilə Türkiyə arasında azad ticarət zonası haqqında sazişə dair danışıqlar prosesinin sürətlənməsini müzakirə etdik”, Ukrayna prezidenti yazıb.
Tərəflər həmçinin energetika, aviasiya və müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.