“Kurtlar Vadisi Pusu” teleserialında əfsanəvi Polat Elemdar rolunu canlandıran Necati Şaşmaz Türkiyə şirniyyatını dünyada tanıdacaq.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədə şirniyyat sahəsində aparıcı şirkət olan “Şekerleme ve Şekerli Mamulleri Tanıtım Grupu” türk şokolad və şirniyyatının Şimali Afrika və Orta Şərq ölkələrində satışını artırmaq üçün Necati Şaşmazın iştirakı ilə reklam kampaniyası aparacaq.
Reklam kampaniyasına aprel ayından başlanılacaq. Bununla bağlı ilk tədbir Liviyada keçiriləcək. Liviyada keçiriləcək sərgidə şirniyyat sektorunda fəaliyyət göstərən çoxlu sayda türk şirkəti qatılacaq. Necati Şaşmaz təhlükəsizlik məsələsi ilə əlaqədar sərgiyə qatılmayacaq. Liviyalı rəsmilər də sərgidə izdiham yaşanacağından ehtiyat edərək Necati Şaşmazın sərgiyə qatılmamasını xahiş ediblər. Buna görə də Necati Şaşmaz üçün Liviyada xüsusi tədbir təşkil ediləcək. Türk şirkətləri Şimali Afrika və Orta Şərq ölkələrində Polad Ələmdar rolu ilə çox sevilən Necati Şaşmaz sayəsində ixracatı 18 faiz artıraraq 2 milyard dollara çatdıracaqlarını proqnozlaşdırırlar.
Necati Şaşmaz reklam filmlərində də çəkiləcək. O, reklam filmlərində “şirniyyat yeyək, şirin danışaq” deyəcək...