Almaniyanın təhsil naziri Anennta Şavan istefa verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Henrix Heyni adına Düsseldorf Universiteti siyasətçi xanımın elmi işində plagiatlıq aşkarladığından onun doktorluq elmi dərəcəsindən məhrum edib.
Təhlilçilərin qənaətincə, Şavanın istefasının kansler Angela Merkelə güclü zərbə vuracaq. Nazirin istefasını təsdiqləyərkən kansler deyib: «Bunu ürək ağrısı ilə qəbul edirəm».Elə rəqiblərinin bu bəyanatdan A.Merkelə qarşı istifadə edəcəklərini deyirlər.
Keçmiş nazir isə «Merkelə ziyan vurmamaq üçün» istefa verdiyini söyləyib.
58 yaşlı A.Şavan 1980-ci ildə fəlsəfə üzrə doktorluq müdafiə edib.
Dissertasiya plagiatlığı ilk hadisə deyil. 2011-ci ilin martında müdafiə naziri Karl –Teodorts Quttenberq də oxşar məsələ ilə bağlı istefa vermişdi.