“Fətullah Güləni ən yaxşı anlayan mənəm”
PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Gülən nurçu cərəyanının lideri Fətullah Gülənə salam göndərib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu PKK terror təşkilatına yaxınlığı ilə seçilən BDP millət vəkili Sırrı Süreyya Önder söyləyib.
BDP nümayəndə heyətinin tərkibində İmralı adasındakı həbsxanada Abdulla Öcalanla görüşən Sırrı Süreyya Önder deyib ki, Abdulla Öcalan ABŞ-da yaşayan Fətullah Günən Türkiyədə sülhün bərqərar edilməsinə verdiyi çox mühüm sayıb. Abdulla Öcalan bildirib ki, Fətullah Gülənin mövqeyi onun da mövqeyidir, bütün Orta Şərqdə demokratik bir siyasət və barış içində yaşamaq mümkündür. PKK lideri Fətullah Güləni ən yaxşı anlayanın da məhz özü olduğunu vurğulayıb.