PKK terror təşkilatı martın 21-dən atəşkəs elan edib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatına faktiki rəhbərlik edən Murat Karayılan bunu terror təşkilatına yaxın saytlardan birinə açıqlamasında söyləyib.
PKK lideri Abdulla Öcalanın çağırışı ilə əlaqədar atəşkəs elan etdiklərini bildirən Murat Karayılan deyib ki, Türkiyədə parlament və hökumət komissiya yaradıb qanuni zəmin hazırlarsa, PKK-nın silahlı qruplarını Türkiyədən çıxara bilərlər.