Pərviz Müşərrəf mühacirətdən Vətənə dönür
23 mart 2013 21:02 (UTC +04:00)

Pərviz Müşərrəf mühacirətdən Vətənə dönür

 

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf sabah ölkəsinə qayıdacağını bəyan edib.


APA-nın “CNN-Türk”ə istinadən verdiyi məlumata görə, bu gün Dubayda keçirdiyi mətbuat konfransında P. Müşərrəf bildirib ki, nəyin bahasına olursa olsun, sabah ölkəsinə qayıdacaq: “Pakistanın inkişafı üçün və bütün spekulyasiyalara son qoymaq missiyası ilə ölkəmə qayıdıram”.

 

İçərisində P. Müşərrəf və onu müşayiət edən 240 nəfərin olduğu təyyarənin martın 24-də yerli vaxtla saat 15:00-da Pakistanın Karaçı şəhərinə enəcəyi gözlənilir.

 

Keçmiş baş nazir Benazir Bhutto və bugti tayfasının lideri Əkbər Xanı öldürməkdə ittiham olunan Pərviş Müşərrəf artıq 5 ildir ki, mühacirətdə yaşayır.

 

2010-cu ildə o, İslam Birliyi Partiyasını yaradıb və may ayında ölkəsində keçiriləcək parlament seçkilərdə həmin partiyanın namizədi kimi iştirak etmək niyyətindədir.

 

Talibanlar isə Pakistana gələcəyi təqdirdə P. Müşərrəfi öldürməklə hədələyirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar