Pentaqon başçısına  hücum cəhdi
10 mart 2013 03:49 (UTC +04:00)

Pentaqon başçısına  hücum cəhdi

ABŞ-ın yeni müdafiə naziri Çak Heygelin Əfqanıstana səfəri zamanı yerli rəsmiləri ölkədə iki intiharçı hücumu nəticəsində 18 nəfərin həlak olduğunu bildirib.


Rəsmilər deyib ki, cənab Heygel paytaxta səfər edərkən Müdafiə Nazirliyinin Kabuldakı binasına edilən hücum ən azı 9 mülki vətəndaşın həyatına son qoyub. Velosipedlə olan intiharçının həyata keçirdiyi hücum zamanı 13 nəfər də yaralanıb.

Rəsmilər Heygelin təhlükəsiz yerdə olduğunu və heç bir xəsarət almadığımı bildirib.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürərək bildirib ki, hücum ABŞ-ın müdafiə rəhbərinə «xəbərdarlıq mahiyyəti» daşıyıb.

Bundan başqa ölkənin şərq bölgəsindəki Xost şəhərində baş vermiş ikinci partlayış çoxu uşaq olmaqla 8 mülki  vətəndaşın və bir əfqan polis zabitinin həyatına son qoyub.

 Heygel Pentaqon rəhbəri təyin ediləndən sonra martın 8-də ilk dəfə Əfqanıstana səfər edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Oxşar yazılar