İŞİD terror qruplaşması Parisdə bir nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olmasını istisna etmir. Şahidlərin sözlərinə görə, silahlı şəxs yoldan keçənlərə hücum edərkən “Allah Əkbər” deyə qışqırıb.
Qeyd edək ki, Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. İnsident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Silahlı şəxs polis əməkdaşları tərəfindən məhv edilib.
Araşdırma aparılır.