Pakistanın Qərbində, Bəlucistan əyalətində hüquq mühafizə orqanlarının əməkdaşları 10-16 yaş arasında bir qrup yeniyetməni həbs edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar əyalət mərkəzi Kvettada baş vermiş terror aksiyalarında iştirak etdiklərini etiraf ediblər.
Tutulan yeniyetmələrin sayı hələlik bəlli deyil.
Xatırladaq ki, yanvar və fevralda həmin şəhərdə baş vermiş terror aksiyaları nəticəsində 200 nəfərdə çox yerli xəzəri etnik qrupundan olan Pakistan vətəndaşı həlak olub.