Pakistanda növbəti dəfə terror aktı törədilib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bannuda əyalətində polis idarəsinə hücum olub. İkisi polis olmaqla üç nəfər ölüb. 18 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.