Pakistanın təhlükəsizlik qüvvələri ölkənin Kurram əyalətində evlənmək üçün qız qaçıran bir kişinin daşqalaq edilərək, öldürüldüyünü bildirib.
Lent.az-ın məlumatına görə, adının açıqlanmasını istəməyn bir rəsmi «AzadlıqRadiosu»nun Pakistan xidmətinə deyib ki, orduda qulluq edən həmin kişi əyalət qəbirstanlığında daşqalaq edilərək öldürülüb. Amma qıza xəsarət yetirilməyib.
Təhlükəsizlik işçisi cinayətin qarşısını almağa çalışsalar da yerli dini icma təmsilçilərinin buna mane olduqlarını deyib.
Hələlik Pakistan ordusundan bu hadisə barədə heç bir rəsmi məlumat verilməyib.
Əhalisinin əksəriyyətini şiə müsəlmanlar təşkil edən bu əyalətdə hökm sürət qəbilə qaydalarına görə, ailənin razılığı olmadan evlənmə bəzi hallarda namusun qorunması arqumenti ilə ölümlə cəzalandırılır.