İntiharçının məktəbə daxil olmasını əngəlləyən 15 yaşlı məktəbli öldürülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 15 yaşlı Ayətzaz Həsən intiharçı kəməri bağlaşmış bir kişinin məktəbə yaxınlaşdığını görüb. Dostları qaçsa da o, həmin adama yaxınlaşaraq, intiharçının qarşısını almağa çalışıb. Başqa çıxış yolu olmayan intiharçı üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə hər iki ölüb.
Həmin vaxt isə məktəbdə iki minə yaxın şagird olub.