«Ermənistan xalqının öz qələbəsini bayram etməsi hamıya bəllidir»-bu bəyanatı müxalifətdə olan prezidentliyə namizəd «İrs» Partiyasının lider Raffi Ovannesiyan verib.
Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, o, deyib:«...Serj Sarqsyan Ermənistanda xalqın qələbəsini tanıyan ilk prezident olmalıdır. Bu, Raffinin qələbəsi, Serjin məğlubiyyəti deyil. Seçkidə öz iradəsini ifadə etməklə xalq qalib gəldi. Xalqımız de-yure seçilən prezidentə layiqdir».
R.Ovannesiyan siyasi mənsubiyyətindən asılı olmayaraq, seçkinin nəticələrini saxtalaşdıran hər kəsin cəzalandırılacağını söyləyib.
O, xalqın etimadını 5 ildə doğruldacağını və hakimiyyəti gənc nəslə ötürmək niyyətində olduğunu boyun olub.