Fransanın prezidenti Fransua Olland ABŞ lideri Barak Obama ilə telefon danışığı zamanı Suriyaya münasibətdə qərarlı olduğunu bir daha təsdiqləyib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Barak Obamanın Ağ Evdəki çıxışından öncə Olland onunla telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
«Telefon danışığı zamanı Obama prezident Fransua Ollanda Konqresin sessiyasını çağırmaq niyyətində, eləcə də fəaliyyət göstərməyə hazır olduğunu bildirib»-deyə, Yelisey sarayından açıqlama yayılıb.
Sentyabrın 4-də isə Fransa parlamentinin fövqəladə toplantısının keçiriləcəyi gözlənilir. Yığıncağın gündəliyində əsas məsələ Suriyadakı vəziyyətdir