ABŞ-da siyasətçilərin və məşhur Hollivud ulduzlarının elektron hesabları haker hücumuna məruz qalıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, haker hücumuna məruz qalanlar arasında ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama, ABŞ vitse-prezidenti Con Bayden, ədliyyə naziri Erik Holder, sabiq dövlət katibi Hillari Klinton, məşhur iş adamı Donald Trump, aktyor Arnold Şvartsneqr və aktrisa Britniy Spris də var.
Hakerlər əldə etdikləri məlumatları ictimaiyyətə açıqlamaq üçün orijinal üsuldan istifadə ediblər. “Twitter” üzərindən səhifə açan hakerlər “Exposed.su” ünvanından istifadə ediblər. “su” domeni 1990-1991-ci illərdə SSRİ tərəfindən istifadə edilib. SSRİ-nin süqutundan sonra “su” domeni də internetdə istifadə edilməməyə başlanılıb. Hakerlər Mişel Obamanın elektron hesabını açıqlarkən “Ərini günahlandır, biz hələ səni sevirik, Mişel!” də yazıblar.