Obama və Kastro Brüsseldə ölənləri andı
23 mart 2016 01:46 (UTC +04:00)

Obama və Kastro Brüsseldə ölənləri andı

ABŞ prezidenti Barak Obama və Kubanın rəhbəri Raul Kastro Brüsseldə törədilən terror aktlarının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir dəqiqəlik sükut Havana stadionunda beysbol üzrə Kuba yığması və Florida ştatının “Tampa Bey Reyz” komandası arasında tarixi matçından əvvəl elan olunub.   

 

Kubalı təşkilatçıların bildirdiyinə görə, tarixi görüşü seyr etmək üçün “Latinoamerikano” stadionun tribunalarına 50 minədək azarkeş toplaşıb.  

 

Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb,  230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar