ABŞ prezidenti Barak Obamanın Vaşinqtonda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü baş tuta bilər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coşua Ernest bildirib.
Türkiyə prezidentinin nümayəndələrinin məlumatına görə, Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a yola düşəcək. Məlumata görə, səfər aprelin 2-dək davam edəcək. “İkitərəfli görüşlərdə nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı Paris, İstanbul, Ankara və Brüsseldə törədilmiş terror aktlarının müzakirə ediləcəyi, regional mövzular ətrafında fikir mübadiləsi keçiriləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək davam edəcək. Bundan əvvəl ABŞ KİV-ləri Obamanın Ərdoğanla görüşməkdən imtina etdiyini bildiriblər.