Obama ABŞ-Türkiyə münasibətlərindən danışdı
02 aprel 2016 03:47 (UTC +04:00)

Obama ABŞ-Türkiyə münasibətlərindən danışdı

ABŞ üçün Türkiyə ilə əməkdaşlıq olduqca vacib olaraq qalır.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

 

“Türkiyə ilə əməkdaşlıq bir sıra beynəlxalq və regional məsələləri əhatə edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Digər tərəfdaşlarımızla olduğu kimi, biz Türkiyə ilə birgə çalışırıq, onların səylərini lazımınca qiymətləndiririk. Əlbəttə, müəyyən ziddiyyətlər də olacaq, biz bunu gizlətməyəcəyik, bu barədə açıq danışacağıq. Şəxsən mən bunun üçün çalışıram ”, deyə B.Obama bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar