Obama: «Kimyəvi silahdan istifadə müxalifətin deyil, hakimiyyətin əl işidir»
29 avqust 2013 04:36 (UTC +04:00)

Obama: «Kimyəvi silahdan istifadə müxalifətin deyil, hakimiyyətin əl işidir»

ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahdan istifadə ilə bağlı Vaşinqtonun cavabı ilə bağlı hələ qərar qəbul etməyib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu o, «PBS Newshour» televiziya verilişinə müsahibəsində deyib,

 

«Mənə qərar qəbul etməmişəm. Hərbçilər mənə fəaliyyət proqramı təqdim edib. Milli təhlükəsizlik şurasında çox saylı müzakirələr aparıram».

 

B.Obama Suriyada baş verənləri «dəhşətli və faciəli» adlandırıb.

 

«Əsəd rejimi öz xalqın minlərlə nümayəndəsini öldürür… Ona görə də Əsədi hakimiyyətdə getməyə çağırıram. Bu halda Suriyada siyasi proses bütövlükdə həll ola bilər. Belə nəticəyə gəldim ki, birbaşa hərbi müdaxilə vəziyyətin dəyişməsinə yardım etməyəcək. Bu səbəbdən də biz çox dözümlülük göstərdik, məsələnin diplomatik  yolla həllinə üstünlük verdik, qaçqınlara humanitar yaradımı artırdıq.

 

Mən onu da dedim ki, əgər rejim öz xalqına qarşı kimyəvi silah tətbiq etsə, onda bizim hesablamalarımız dəyişəcək» -deyə, Ağ Evin yiyəsi bildirib.

 

 

Barak Obamanın qənaətincə, raketlərin daşınması nəzərə alındığından Suriya müxalifəti kimyəvi silahdan istifadə edə bilməzdi: «Kimyəvi silahdan istifadə Suriya hakimiyyətin əl işidir. Əgər bu belədirsə, onda bunun beynəlxalq təsiri olmalıdır».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar