ABŞ prezidenti Suriyaya hərbi zərbə endirilməsi ilə bağlı yekun qərar etməsə də bəyan edib ki, kimyəvi silah tətbiqinə cavab «məhdud» və «mülayim» olacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ Evin yiyəsi deyib: «Bu hücum bütün dünyaya çağırışdır. Qadınları və uşaqları kimyəvi qazla öldürən belə dünyanı biz qəbul edə bilmərik».
Obama onu da bildirib ki, Suriyanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozmasına BMT Təhlükəsizlik Şurası bacarıqsızlığını göstərməklə cavab verə bilmədi.