“Vətəndaş müharibəsi və hakimiyyət boşluğunun yaranması fonunda Suriya terrorçular üçün anklava çevrilir”.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama bunu Ammanda İordaniya kralı II Abdulla ilə keçirdiyi mətbuat konfransında söyləyib.
Barak Obama deyib ki, ekstremistlər dövlət zəiflədiyi üçün qismən təsir dairəsi yarada biliblər. ABŞ prezidenti buna görə də beynəlxalq ictimaiyyəti Suriyada hakimiyyət dəyişikliyi prosesini sürətləndirmək üçün səylərini aktivləşdirməyə çağırıb.