Nigeriyanın şimalında, Kano şəhərində avtobus dayanacağında baş vermiş ardıcıl partlayış nəticəsində azı 25 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hadisə şəhərin xristianların sıx yaşadığı Sabon Qari rayonunda törədilib.
Kano müsəlmanların üstünlük təşkil etdiyi şəhərdir.
Hələlik partlayışın məsuliyyətini üzərinə götürən yoxdur.
Mütəxəssislər ehtimal edib ki, ölkədə dinlərarası qarşıdurma yaradılması üçün bu sayaq olaylar törədilir.