Niderland Ukraynaya  “yox” dedi
07 aprel 2016 03:28 (UTC +04:00)

Niderland Ukraynaya “yox” dedi

Ukrayna və Avropa İttifaqa arasında imzalanan assosiasiya haqqında sazişə dair qərara yenidən baxıla bilər.

 

APA-nın “Kommersant”-a istinadən verdiyi məlumata görə, bunu Niderlandın baş naziri Mark Rütte bəyan edib.

 

“Məsələyə müxtəlif səviyyələrdə müzakirə olunacaq, o cümlədən parlamentdə və Aİ-də. Bu müəyyən müddət tələb edəcək. Bu proses bir neçə həftə uzana bilər”, deyə M.Rütte bildirib.

 

Aprelin 6-da Niderlandda Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçirilib. İlkin nəticələr görə, sazişin lehinə seçicilərin 38,1%-i, əleyhinə isə 61% səs verib.

 

Qeyd edək ki, seçkinin nəticələri tövsiyə xarakteri daşıyır və mütləq qaydada icra edilməsi üçün hüquqi əsası yoxdur. 2014-cü ildə Ukrayna və Aİ arasında bağlanan assosiasiya haqqında sazişi Avropa İttifaqına üzv olan 28 ölkənin parlamenti ratifikasiya edib.

 

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Niderlandda keçiriləcək referendumun Ukrayna-Avropa İttifaqı sazişinə əngəl törətməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar