Meksikanın Verakrus ştatında yerləşən iri neft emalı zavodunda baş verən partlayış nəticəsində 24 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Pemex” neft şirkətinin yaydığı məlumatda bildirilir.
Bundan əvvəl insident nəticəsində 13 nəfərin öldüyü, 136 nəfərin xəsarət aldığı bildirilmişdi.
Xəsarət alanlardan 13 nəfərin vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.