Avqustun 28-də NATO-nun Suriyadakı vəziyyətlə bağlı toplantısı keçirilib. Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, qurumun baş katibi Anders Foq Rasmussen Suriyada çoxlu sayda insanın həyatını itirməsi ilə nəticələnən hücumu «zülm» adlandırıb: «Bu qəbuledilməz və cavabsız qalmaz».
Baş katib toplantıda kimyəvi silahdan istifadənin beynəlxalq hüquq normalarının «açıqca pozulması» olduğunu vurğulayıb.
Suriyada baş verənləri yaxından izlədiklərini söyləyən Rasmussen NATO-nun Türkiyənin cənub-şərq sərhədlərinin qorunması üçün dəstək veriləcəyini də bildirib.
Xatırladaq ki, avqustun 28-də üzv 28 dövlətin daimi nümayəndəsi səviyyəsində NATO Şurası Suriyadakı şəraiti müzakirə edib.