Misirin daxili işlər naziri bildirib ki, təhlükəsizlik baxımından həbsdə olan devrilmiş prezident Məhəmməd Mursi ilə görüşə icazə verilmir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dekabrın 5-də onun vəkilinə və oğluna görüş üçün icazə verilməyib. Oğlunun qənaətincə, Mursini İsgəndəriyyədəki həbsxanadan başqa yerə köçürüblər.
Keçmiş prezident etirazçıların öldürülməsinə təhrikdə ittiham olunur.
Məhkəmənin növbəti iclası 2014-cü il yanvarın 8-ə planlaşdırılıb.