Mübarəkdən Mursiyə dəstək gəldi: “Prezidentin ətrafında birləşin”
12 mart 2013 11:12 (UTC +04:00)

Mübarəkdən Mursiyə dəstək gəldi: “Prezidentin ətrafında birləşin”

Misirin həbsdə olan sabiq prezidenti Hüsnü Mübarək ölkədəki böhranın aradan qaldırılması üçün misirliləri hazırkı prezident Məhəmməd Mursinin ətrafında sıx birləşməyə çağırıb.

 

Lent.az-ın MENA agentliyinə istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin mövqeyini mətbuata onun vəkili Farid ad-Dib açıqlayıb.

 

Farid ad-Dib deyib ki, Hüsnü Mübarək ölkədə baş verənlərdən çox məyus və narahatdır.

 

Qeyd edək ki, 84 yaşlı Hüsnü Mübarək ömürlük azadlıqdan məhrum edilib. Ancaq o, bu günlərdə növbəti məhkəmə prosesinə çıxacaq. Prokurorluq bu dəfə Hüsnü Mübarəki ali baş komandan kimi 2011-ci ilin fevralında aksiyaçılara  atəş açmaqla bağlı birbaşa əmr verməklə ittiham edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Oxşar yazılar