Moskva Ermənistandakı antirusiya meyllərdən rahatsızdır
17 iyul 2013 23:36 (UTC +04:00)

Moskva Ermənistandakı antirusiya meyllərdən rahatsızdır

Rusiyanın Ermənistandakı səfirliyi Moskvanın Podolsk rayonunda 18 nəfərin ölümünə səbəb olan yol qəzasından Ermənistanda Rusiya əleyhinə münasibət formalaşdırılması üçün istifadə olunması ilə bağlı bəyanat yayıb.

 

"Novosti-Armeniya" agentliyinin yaydığı bəyanatda deyilir ki, səfirlik böyük insan faciəsindən dar siyasi məqsədlər və Rusiya-Ermənistan münasibətlərinin pozulması üçün istifadə olunmasına xidmət edən hərəkətləri yersiz sayır. "Podolsk yaxınlığındakı faciə milli rəng daşımır. O, hərtərəfli, dərindən, tərəfsiz və emosiya olmadan araşdırılacaq", - deyə bəyanatda bildirilir.

 

Xatırladaq ki, ötən şənbə yük maşını 64 sərnişin daşıyan avtobusa çırpılıb. Rusiya Federasiyası FHN-in məlumatına görə, qəza nəticəsində 63 adam xəsarət alıb və onlardan 18-i dünyasını dəyişib. Bazar ertəsi Moskvanın Tver məhkəməsi "KamAZ"ın sürücüsü, Ermənistan vətəndaşı Qraçya Arutunyanın həbsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Qraçya Arutunyan barəsində sentyabrın 13-dək həbs-qətimkan tədbiri seçilib.

 

Ermənistanın ombudsmanı Karen Andreasyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Vladimir Lukinə məktub yollayaraq, Qraçya Arutunyana qarşı alçaldıcı davranışın səbəblərini araşdırmağı xahiş edib. 

 

Qəzadan sonra 46 yaşlı Ermənistan vətəndaşı Qraçya Arutunyan Botkin xəstəxanasına yerləşdirilib. Onu oradan məhkəmə qadın xələtində aparıblar. Çünki Arutunyanın başqa paltarı olmayıb, üzərindəki geyimi isə həkimlər qəzadan sonra kəsməli olublar.

 

Qeyd edək ki, Qraçya Arutunyan son bir il ərzində yol hərəkəti qaydalarını pozduğuna görə yeddi dəfə cərimə olunub. Bu qanun pozuntuları arasında qarşı hərəkət zolağına çıxmaqla ötmə, birtərəfli yolda əks istiqamətdə hərəkət, nəqliyyatın hərəkətinə qəsdən mane olma, eləcə də, nasaz nəqliyyat vasitəsinin idarə edilməsi də var.

 

Rusiya DİN-in Moskva Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Qraçya Arutunyan sürücülük vəsiqəsini Rusiyada yox, Ermənistanda alıb. "KamAZ" isə tranzit nömrə ilə idarə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03