Misir ordusu Sinay yarımadasının şimalında İŞİD-lə əlaqəli 50 terrorçunu məhv edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, əməliyyat Rəfah şəhərinin cənubunda, Qəzza zolağı ilə həmsərhəd ərazidə keçirilib.
Qeyd edək ki, Misir ordusu Əl Əriş şəhərinin cənubunda polis blok-postuna edilən hücuma cavab olaraq bir neçə gündür terrorçuların yarımadadakı mövqelərinə intensiv zərbələr endirir. Həmin hücum zamanı dördü zabit olmaqla 15 asayiş keşikçisi ölüb.