Məşhur müğənni intihar edib
18 fevral 2013 16:55 (UTC +04:00)

Məşhur müğənni intihar edib

ABŞ-ın məşhur müğənnisi Mindy McCready intihar edib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 37 yaşlı Mindy McCready bazar günü Arkanzasdakı evində ölü tapılıb.

Polis müğənninin özünü güllələdiyini açıqlayıb.

Qeyd edək ki, Mindy McCready 1996-cı ildə “10,000 Angels” adlı albomu ilə şöhrət qazanıb. İki oğul övladı olan müğənni spirtli içki və narkotik vasitələrdən asılılıqdan əziyyət çəkib, 3 il öncə müalicə alsa da, ciddi mənəvi sarsıntının təsirindən tam qurtula bilməyib. Mindy McCreadyın həyat yoldaşı, rejissor David Vilson da keçən ay intihar edib...

# 6114
avatar

Oxşar yazılar