Ötən gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadın qubernatoru şahzadə Sattam bin Əbdül Əziz əl-Səud dünyasının dəyişib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, daxili orqanlarını ehtiyac olanlara köçürülməsini vəsiyyət edib.
Məlumata əsasən, şahzadə orqanlarını hələ bir neçə il öncə, Ər-Riyadda transplantalogiya problemlərinə həsr olunmuş forumda bildiribmiş.
Şahzadə Sattam Səudiyyə Ərəbistanının qurucusu kral Əbdül Əziz əl – Səudun oğludur.
Bu, son iki ildə kral ailəsində üçüncü kədərli olaydır. 2011 və 2012-ci illərdə iki varis şahzadə – Sultan bin Əbdül Əziz əl-Səud və Naif bin Əbdül Əziz əl-Səud vəfat etmişdi.