BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20–də keçirilən iclasında alınan qərara əsasən hər il mayın 20-si Dünya Bal Arısı Günü kimi qeyd olunur. Həmin tarix təsadüfən seçilməyib: 1734-cü il mayın 20-də Sloveniyada olan görkəmli rəssam və arıçı, arıçılığın öyrənilməsinə yeniliklər gətirmiş Anton Yanşanın anadan olduğu gündür. O, 1769-cu ildən arıçılıqla məşğul olub.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, arı və digər tozlandırıcılar, həmçinin kəpənək, yarasa və kolibrlilər öz fəaliyyətləri ilə bir sıra bitkiləri yenidən canlandırmağa nail olurlar.
Müasir dövrdə tozlandırıcılar yalnız bitkiçiliyin inkişafına deyil, həmçinin ekoloji risklərin yaranması və yerli ekosistemlərin sağlamlığı barədə xəbərdarlıq edərək ərzaq təhlükəsizliyi təminatına töhfə vermiş olur. Tozlandırıcılar, həmçinin biomüxtəliflliyin əsas qoruyucusudur.
İnvaziv həşəratlar, pestisidlər, torpaqdan istifadə edilməsi sahəsində gedən dəyişikliklər qida maddələrin azalmasına və arı ailələrinin azalmasına səbəb ola bilər.