Mandelanın ölümü 50 il sonra onları barışdırdı
10 dekabr 2013 17:00 (UTC +04:00)

Mandelanın ölümü 50 il sonra onları barışdırdı

Bu gün Cənubi Afrikanın Yohanesburq şəhərində ötən həftə vəfat edən afrikalı siyasətçi Nelson Mandelanın ölümü ilə bağlı rəsmi tədbir keçirilib.

 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tədbirdə ən diqqət çəkən məqama ABŞ prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Kastro imza atıb.

 

Belə ki, 95 min nəfərin izlədiyi və 90-a yaxın dövlət başçısının iştirak etdiyi anım mərasimində adı çəkilən iki dövlət başçısı 50 il sonra ilk dəfə görüşüb.

 

Qeyd edək ki, ABŞ-la Kuba təxminən 50 ildir düşmən münasibətlərə sahibdir.

 

Adı çəkilən liderlərin dəfn mərasimində görüşməsi bütün beynəlxalq xəbər agentliklərinin də əsas mövzularından olub. Son 50 ilə yaxın müddətdə ABŞ və Kubanın dövlət başçıları arasında belə bir görüş baş tutmayıb.

 

Onu da bildirək ki, Raul Kastro keçmiş Kuba prezidenti Fidel Kastronun qardaşıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1123
avatar

Oxşar yazılar