Malayziyanın hüquq müdafiəçiləri yarım milyon qanunsuz mühacirlərin deportasiyası ilə bağlı hökumətin planına etiraz edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hüquq müdafiəçiləri bu «qəbuledilməz biabırçılıq» adlandırıb.
Mühacirləri hüquqları uğrunda birliyin mətbuat katibi İren Fernandes onsuzda qanunsuz mühacirlər törətmədikləri cinayətin qurbanına çevrilirlər.
Rəsmi Kuala-Lumpurun planına uyğun olaraq, deportasiya sentyabrın birindən başlayacaq. Bu müdət ərzində onlar rəsmi qeydiyyatdan keçə bilər.
Hüquq müdafiəçiləri fəallarının sözlərinə əsasən, qanunsuz mühacirlərin qeydiyyatdan keçməməsində hakimiyyət suçludur.
Mənbənin xatırlamasına görə, Malayziyadakı immiqrantların çoxu İndoneziya və Banqladeşdən gəlmələrdir.