Makron 11 qadını nazir təyin etdi
18 may 2017 03:41 (UTC +04:00)

Makron 11 qadını nazir təyin etdi

0

Fransa prezidenti Emmanuel Makron yeni hökumətin heyətində gender balansı yaradaraq 22 postdan (18 nazir və 4 dövlət katibi) 11-i qadınlara verib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, belə ki, Silvu Qular müdafiə naziri, qılıncoynatma üzrə Olimpiya çempionu Laura Futsel idman naziri təyin edilib.

 

Bundan əlavə, Aqnes Buzin səhiyyə, Fransuaza Nissen mədəniyyət, Marlen Skiappa hökumətdə gender bərabərliyi məsələlərinə cavabdeh olacaqlar.

 

Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar