Fələstin Muxtariyyatının sədri Mahmud Abbas Moskvaya getməyə hazırlaşır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, martın 14-ə planlaşdırılan bu səfər zamanı onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Mahmud Abbasın dəftərxanasının təmsilçisi Nabil Əbu Rudeyen deyib ki, Fələstin lideri Rusiya prezidenti ilə iki tərəfli əməkdaşlığı, eləcə də Yaxın Şərq problemləri, Fələstin-İsrail danışıqlarının bərpası kimi məsələləri müzakirə etməyi nəzərdə tutub.
Axırıncı dəfə onlar 2012-ci il iyunun 26-da Putin Yaxın Şərqdə səfərdə olarkən görüşüblər. Bu danışıqdan sonra Beyt-Lexemdəki küçələrdən birinə Putin adı veriblər.