Noyabrın 12-də, axşam saatlarında Dağıstanın paytaxtı Mahaçqalada atışma olub.
APA-nın İTAR-TASS agentliynə istinadən verdiyi xəbərə görə, nəticədə iki nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, zərərçəkənlərdən biri şəhər bazarlarının birinin direktorudur. Dağıstan DİN-i atışma faktını təsdiqləyib: “Xəsarət alanlar var. Onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir”.